Bu gün günorta saatlarından etibarən "28 Mall" ticarət mərkəzinin parklanma ərazisinin çıxışında böyük tıxac yaranıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə sürücülər sosial şəbəkədə paylaşım ediblər.
Qeyd olunub ki, təxminən üç saata yaxın müddətdə ticarət mərkəzinin dayanacağından çıxmaq mümkün olmayıb:
"Saat 14:45-dən davam edən tıxac və havasız parklanma ərazisi vəziyyəti çətinləşdirdi. Hamilə qadından tutmuş yaşlı insanlara qədər hamı dayanıb. "28 Mall"dan çıxış etmək mümkün deyil".
Vətəndaşlar tıxacın alış-veriş mərkəzinin yaxınlığında su borusunun partlaması ilə əlaqələndiriblər.
Yaranmış problemlə bağlı "28 Mall" Ticarət Mərkəzindən bildirilib ki, sözügedən problem daxili deyil, küçədə yaranan tıxacla əlaqədardır:
"Ona görə də biz heç bir tənzimləmə apara bilmirik".
"Azərsu ASC"nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı açıqlamasında bildirib ki, həmin saatlarında ticarət mərkəzinin yerləşdiyi küçədən keçən su borusunda qəza olub. Qurum əməkdaşları qəzanın fəsadlarının aradan qaldırılması üçün texnikalarla əraziyə cəlb olunublar. Sıxlığın bundan qaynaqlandığı bildirilir.
Həmin görüntüləri təqdim edirik: