"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin builki "Yüksəliş" müsabiqəsində qalib gəlmiş əməkdaşı Kamal Hüseynli yüksək vəzifəyə təyin edilib.
Oxu.Az ADY-yə istinadən xəbər verir ki, K.Hüseynli "ADY Ekspres" MMC-nin direktor müavini vəzifəsinə təyinat alıb. Buna qədər o, həmin şirkətdə baş maliyyə inzibatçısı olaraq çalışıb.
Bu təyinat ADY-nin gənc və perspektivli kadrların irəli çəkilməsi, kadr potensialının inkişafı və insan resurslarının strateji idarə olunması istiqamətində gördüyü əsaslı işlərin növbəti təzahürüdür.
Rəylər