Ağdamda 10 tüfəng polisə təhvil verilib.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nairliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı rayon sakinləri 10 ədəd müxtəlif markalı tüfəngi təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Nəzrin Vahid