Ağstafada toy mərasimində zəhərlənənlər xəstəxanadan evə buraxılıblar.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, sözügedən hadisə ilə bağlı müalicəsini xəstəxanada davam etdirən şəxslərin hər biri evə buraxılıb.
Qeyd edək ki, 22.06.2024-cü il tarixində Ağstafada şadlıq saraylarından birində keçirilən toy mərasimində kütləvi zəhərlənmə olmuşdu. Axşam saat 19:07-dən başlayaraq zəhərlənmə şübhəsi ilə 46 nəfər (12 kişi cinsli, 28 qadın cinsli, 6 uşaq olmaqla) Ağstafa Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir.
Könül Cəfərli
Rəylər