Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 2 261 layihənin maliyyələşdirilməsinə 83,4 milyon manat güzəştli kredit verib.
Bu barədə Oxu.Az-a Fonddan bildirilib.
Məlumata görə, verilmiş kreditlər hesabına 1 223 yeni iş yerinin yaradılması nəzərdə tutulur.