Zəvvarların dələduzluğa məruz qalmaları ilə bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, "Fatimə Tur", "Roman Travel" şirkətlərinin rəhbərləri müəyyən olunub. Hazırda fakt üzrə 50-dən artıq zərərçəkmişin müraciəti əsasında istintaq tədbirləri görülür. Araşdırmalarının nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək.
Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadıldıqlarını iddia edirlər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Oxu.Az-a açıqlamasında bildirib ki, xəbər platformalarında dələduzluğa məruz qalmaları iddiası ilə çıxış edən 48 zəvvarın heç birinin polis orqanına müraciəti daxil olmayıb.
"Şikayəti olan şəxslərin rəsmi müraciət etmələri tövsiyə olunur. Yayılan məlumatlarla bağlı araşdırma aparılır", - deyə qurum rəsmisi bildirib.
Aytac Qasımova
Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadıldıqlarını iddia edirlər.
Xezerxeber.az-ın məlumatına görə, bu gün günorta saat 14:20-də İraqa uçmalı olan zəvvarlar onlara saxta bilet verildiyini son anda hava limanında biliblər.
Qeydiyyat üçün yaxınlaşdıqda məlum olub ki, onların biletlərinin nömrəsi yoxdur.
Bir çoxu şəhid ailəsi olan zəvvarlar ziyarət üçün 750 manat pul ödəyiblər. Aylardır ki, ziyarəti gözləyən insanlar bütün günü hava limanında cavab gözləyiblər.
Zərərçəkənlərin şikayəti əsasında polis vətəndaşları aldatdığı iddia edilən və özünü "Hacı xanım" kimi təqdim edən şəxsi şöbəyə aparıblar.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı süjetdə:
Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadılıb? - Araşdırmalara başlanıldı
Rəylər