"Ölkə ərazisində sabit, isti hava şəraiti müşahidə olunur".
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sabah havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39°, Naxçıvan MR-də və Aran rayonlarında 35-38°, bəzi yerlərdə 40°, dağlıq rayonlarda 25-30° isti olacağı gözlənilir.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
O qeyd edib ki, isti hava şəraitinin Bakıda və Abşeron yarımadasında avqustun 23-ü, Naxçıvan MR və Aran rayonlarında isə avqustun 23-24-dək davam edəcəyi gözlənilir.
Rəylər