Hər il yüzlərlə şəxs xaricdə təhsil şirkətlərinin yalan vədlərinin qurbanına çevrilir. Onlayn şəkildə ödənişli təhsil alan abituriyentlərə diplomlarının tanınacağı deyilsə də, ölkəmizdə hələ ki, distant təhsilin diplomu tanınmır.
Mövzu ilə bağlı danışan təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, distant formada alınmış təhsil diplomları tanınmalıdır:
"Birincisi, bu, Azərbaycanın "Təhsil haqqında" qanunun özündə var. Bir neçə aydan sonra Azərbaycanda "Ali təhsil haqqında" qanun qəbul edildikdən sonra bu mexanizm tətbiq olunacaq".
Ölkədə distant təhsilin diplomlarının tanınmadığı halda, təhsil şirkətləri vətəndaşlara şirin vədlər verməklə onların pullarını çox rahat şəkildə mənimsəməyə davam edirlər.
Daha ətraflı Baku TV-nin süjetində:

Rəylər