Bakıda sünnət edilən 4 aylıq körpənin ölüm səbəbi ilə bağlı bəzi detallar məlum olub.
Hadisənin baş verdiyi "Real Hospital"dan Oxu.Az-a bildirib ki, uşağın timus vəzisində böyümə olub. İlkin ehtimala görə, körpədə tənəffüs problemi yaranıb:
"Biz hələ ehtimal edirik, təbii ki, müayinələrdən sonra dəqiq səbəbi bəlli olacaq. Amma ilkin ehtimala görə, körpədə timus vəzidə böyümə olduğu üçün onun fonunda zəiflik olub. Prosedur normal keçib, rahat da icra olunub. Heç bir fəsad olmayıb. Sünnət olunandan 20 dəqiqə sonra uşaq valideyninə təhvil verilib. Uşağın vəziyyəti pisləşib, nəfəs almağı çətinləşib. Körpə sünnətə qədər yoxlanışlardan keçmişdi, bizim xəstəxanada da yoxlanılıb. Başqa şəhərdən gətirilmişdi. Sünnət gündəlik aparılan prosedurdur. Sünnətqabağı genişmiqyaslı müayinə olunmur. Amma ki, klinik dəyərləndirmə aparmışdıq".
Qeyd edilib ki, prosedur keyitmə ilə olub:
"İlkin keyitmədən sonra qan qazları deyilən müayinə aparılıb. Vurulan iynəyə qarşı bir maddə var, o yüksəlir, həmin maddə normasında olub. Uşaqda ola bilsin ki, tənəffüs problemi olub. Timusu böyük olan uşaqlarda fon olur. Sonradan bu uşaqlarda hər hansı prosedura adaptasiya prosesləri çətin olur. Timus vəzi elə yerdə yerləşir ki, nadir hallarda böyük olur".
Almaz Qasımova
Bakıda faciəli hadisə baş verib.
Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda yerləşən özəl klinikalardan birində qeydə alınıb.
Ora sünnət olunmaq üçün aparılan Abşeron sakini, 4 aylıq Məhəmməd Əliyev qəfil dünyasını dəyişib.
Körpənin hansı səbəbdən öldüyü hələlik açıqlanmır.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Rəylər