Bakının Səbail rayonunun Badamdar şosesində yol çöküb.
"Qafqazinfo"nun məlumatına görə, hadisə ikizolaqlı yolun bir hissəsində baş verib.
Ərazidə xəbərdarlıq nişanları qoyulub.
Sözügedən yol Badamdar və 20-ci sahə Bayıl arasındakı əsas şose olduğundan nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, ərazidə kanalizasiya quyusunun beton paneli qırılıb və hazırda təmir işləri gedir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə qeyd edilib ki, magistral su kəmərinin siyirtmə şaxtasının üst beton paneli çöküb:
"Sabah qazıntı işləri və şaxtanın bərpası icra olunacaq.
Yolun həmin hissəsinin ölçüsünə uyğun beton plitə sifariş verilib, hazır olan kimi, yerinə qoyulacaq".
Rəylər