"Bakıda sürücülərin bahalı avtomobillərini yarışdırmasına dair yayılan videogörüntülər polis tərəfindən araşdırılıb".
Bu açıqlamanı Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli verib.
O qeyd edib ki, sosial şəbəkədə videogörüntüylə bağlı araşdırma aparılıb:
"Sözügedən məsələnin ötən ilin avqust ayında qeydə alındığı məlum olub və sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb".
Xatırladaq ki, bir neçə gün əvvəl Bakıda sürücülərin bahalı avtomobillərini yarışdırmasına dair videgörüntüləri sosial şəbəkələrdə müzakirə mövzusu olmuşdu.
Əzizə İsmayılova
Rəylər