Ucarda yanacaqdaşıyan yük avtomobili, 40 ton yanacaq və vətəndaşa məxsus yardımçı tikili yanıb.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu, Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub:
"Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının qəza nəticəsində yol kənarına aşmış yanacaqla dolu yanacaqdaşıyan avtomobilin çənində baş verdiyi və yaxınlıqdakı tikiliyə keçdiyi, habelə genişlənmə riskinin yüksək olduğu müəyyən edilib. Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Yanğın nəticəsində yanacaqdaşıyan yük avtomobilinin yanar konstruksiyaları və 40 ton yanacaq, vətəndaşa məxsus yardımçı tikili yanıb. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb. Hadisə yerində avtomobilin sürücüsünün meyiti aşkar edilib. Aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır".
Ucarda qəzaya uğrayan yanacaqdaşıyan maşının sürücüsü yanaraq ölüb
Bakı-Qazax yolunda hərəkətdə olan iri tutumlu yanacaq daşıyan maşının idarəetmədən çıxaraq aşması nəticəsində sürücü ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, yanacaq daşıyan maşın rayon sakini Davud Sadiq oğlu Şərifova məxsus həyətə aşaraq yanıb. Sürücü, 1964-cü il təvəllüdlü Tahir Mehdiyev maşında ölüb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə yanğın yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Qurumun əməkdaşları tərəfindən meyit maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu, Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Hadisə ilə əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Hadisə yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
Rəylər