Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun (M1) 46,9-cu km-də yerləşən yol-nəqliyyat hadisəsi zamanı qəzalı vəziyyətə düşən yerüstü piyada keçidində iyunun 6-sı saat 10:00-dan iyunun 7-si saat 11:00-dək təmir işləri aparılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Agentlik sürücülərə sözügedən hissədə hərəkətdə olarkən ərazidə yerləşdiriləcək müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına əməl etmələrin tövsiyə edir.