Paytaxt Bakıda yerləşən bəzi binalarda liftlərin vəziyyəti istismar üçün yaxşı olsa da, təəssüf ki, bu fikri bütövlükdə bütün liftlərə aid etmək mümkün deyil. Belə ki, çoxmərtəbəli yaşayış binalarının bir çoxunda artıq ciddi təhlükə mənbəyinə çevrilən liftlər ya qəzalı vəziyyətdədir, ya da ümumiyyətlə, işləmir. Hətta qəzalı liftlərlə bağlı problemin aradan qaldırılmaması bədbəxt hadisələrə də yol açır.
"Report"un əməkdaşı Bakı sakinlərinin istifadəsində olan liftlərin vəziyyətini yerində araşdırmaq üçün paytaxtdakı bir neçə ünvana baş çəkib.
Paytaxtın Yasamal, Nərimanov və Xətai rayonlarında yerləşən çoxmərtəbəli yaşayış binalarında müşahidə olunan vəziyyət eynidir, bu binaların sakinləri bildiriblər ki, liftlə bağlı davamlı problem yaşayırlar.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşı Tural Qocayevin sözlərinə görə, istismarda olan liftlərin sıradan çıxmasının səbəbi texniki nəzarətin düzgün təşkil edilməməsi, xidmət və təmir işlərinin vaxtında aparılmamasıdır
Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev deyib ki, liftdən istifadə zamanı qəza baş verdikdə, hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır, müvafiq ekspertizalar təyin edilir.
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, liftlər təhlükə potensiallı obyektlər siyahısındadır, ona görə də liftlərin təhlükəsiz istismarına mütləq ciddi nəzarət edilməlidir.
"Lifttəmir" İstehsalat Birliyindən isə bildirilib ki, qurumun balansında olan, istismar müddəti başa çatmış, 25 ildən artıq işləyən liftlər qrafikə uyğun olaraq dəyişdirilir. Ancaq o da qeyd olunub ki, birlik yalnız Dövlət Mənzil Fondunun balansında olan binalara xidmət göstərir, MTK-lar və ya sovet dövründə tikilmiş kooperativ evlər onların xidmət dairəsinə daxil deyil.
Daha ətraflı videomaterialı təqdim edirik:
Bakı sakinlərinin liftdəki "Sirat körpüsü": Yerlə göy arasında bir kvadratmetrlik "məzar"
Rəylər