Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıda Böyükşor gölünün bərpasının 2-ci mərhələsinə başlanılır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC ("Azəryaşlandşaft") Bakıda Böyükşor gölünün bərpasının 2-ci mərhələsinə başlayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə səhmdar cəmiyyət məlumat yayıb.
Məlumata görə, ilkin olaraq texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin təkmilləşdirməsi üzrə məsləhətçi seçiləcək.
"Böyükşor gölünün bərpası layihəsi" Prezident İlham Əliyevin 17 yanvar 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na və "Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında" Fərmanına uyğun olaraq 2013-cü ildən həyata keçirilir. Layihə aşağıdakı mərhələlərdən ibarətdir:
- Olimpiya Stadionu tərəfində gölün şərq hissəsinin bərpası;
- Gölün Qərb hissəsi və Şimal bəndin arxasında yerləşən neftlə çirklənmiş ərazilərin bərpası;
- Şimal gölün və dib çöküntülərinin saxlanc anbarlarının bərpası.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev: "COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir"
- Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
- Bu xəbərləri qaçırmayın: 23.11.2024-ün ən mühüm hadisələri
- Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM