Bakıda Əziz Əliyev küçəsində velosiped zolaqları təşkil edilərək sakinlərin istifadəsinə verilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.
Qeyd olunub ki, İstiqlaliyyət küçəsindən Qoşa Qala Qapısı istiqamətinə gedən yol artıq avtomobillər üçün həmişəlik bağlanıb. Belə ki, yolda 3.1 ("Giriş qadağandır") nişanı quraşdırılıb.
Həmin istiqamətdə, Əziz Əliyev küçəsi də daxil olmaqla, "Neftçilər" prospektinə kimi yol həm piyadaların, həm də velosipedçilərin ixtiyarına verilib.
Əzizə İsmayılova
Rəylər