Bakıda baş vermiş intihar hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə xəyanətə görə baş verib. Belə ki, 1984-cü il təvəllüdlü Vüsalə Dadaşova ərinin onu yaxın rəfiqəsi ilə aldatdığını öyrənib. Hətta həmin xanımla Vüsalə Dadaşova o qədər yaxın olublar ki, bir-birilərinə "bacı" deyə müraciət ediblər.
Münasibətdən xəbər tutan çarəsiz qadın intihar edib. O özünü yaşadığı binanın 7-ci mərtəbəsindən atıb.
Qeyd edək ki, V.Dadaşovanın bu evlilikdən iki övladı qalıb.
Aytac Qasımova
13:00
Bakıda intihar hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə az əvvəl paytaxtın Xətai rayonu, Gəncə prospekti, 35 ünvanında qeydə alınıb.
Gənc qız orada yerləşən yaşayış binasının 7-ci mərtəbəsindən özünü atıb.
Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.
Rəylər