Bakının məşhur geyim dükanında soyunub-geyinmə otağına qoyulan kamera görənlərin təəccübünə səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Qeyd olunur ki, "New Yorker" geyim dükanındakı soyunub-geyinmə otağının düz üstündə kamera quraşdırılıb.
Məsələ ilə bağlı geyim dükanı ilə əlaqə saxladıq. Zəngimizi cavablandıran əməkdaş Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləsə də, açıqlaması bir qədər maraqlı oldu:
"Bəli, quraşdırılıb, amma o, geyinib-soyunanları çəkmir".
"Bəs nəyi çəkir?" sualımıza isə cavab ala bilmədik.
Əzizə İsmayılova
Rəylər