Bakının Nərimanov rayonunda piyada səkisinin qanunsuz olaraq zəbt edilməsi faktı aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, idarə əməkdaşları tərəfindən Nərimanov rayonu, Nəsib bəy Yusifbəyli, 25 ünvanında şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində piyada səkisinin parklanma yeri üçün qanunsuz olaraq zəbt edilməsi faktı aşkarlanıb:
"Baş İdarə əməkdaşlarının operativ müdaxiləsi nəticəsində ərazidə razılaşdırılmadan salınan parklanma faktının qarşısı alınıb, görülən işlər dərhal dayandırılaraq, səki əvvəlki vəziyyətinə qaytarılıb.
Habelə ərazinin nəzarətdə saxlanılması məqsədilə aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanına məlumat verilib"
Rəylər