Bakının Xətai rayonu, Süleyman Əhmədov küçəsində vətəndaşlar üçün nəzərdə tutulan yolun piyada keçidi yoxdur.
Oxu.Az xəbər verir ki, yaxınlıqda yaşayış evləri və məktəb də fəaliyyət göstərir.
Sakinlər yolun bir tərəfindən digər tərəfinə keçməkdə çətinlik çəkirlər.
Həmçinin, sözügedən ərazidə avtobus dayanacağı da mövcud deyil. Ərazidə yaşayan sakinlər yayın istisi, qışın soyuğunda yol kənarında dayanaraq avtobus gözləyirlər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Oxu.Az-a açıqlamasında bildirib ki, əraziyə baxış keçiriləcək və qanunamüvafiq olaraq tədbirlər görüləcək.
Həmin görüntüləri təqdim edirik:
Aytac Qasımova