Bakıda veloicarə xidməti təqdim olunacaq.
Oxu.Az xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb.
Qeyd olunub ki, bir sıra veloparkinqlərdə artıq məlumat lövhələri quraşdırılıb. Lövhənin üzərindəki QR-kod isə "apar.az" saytına keçid etsə də, sayt hələ ki aktiv deyil.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, Bakıda 47 məntəqədə mikromobillik vasitələri üçün parklanma yerləri təşkil edilib.
"Hazırda müvafiq konstruksiyalar quraşdırılır. Həmin parklanma nöqtələrində velosipedlərin kirayə qaydası barədə informasiyanı əks etdirən məlumat lövhələri də yerləşdirilir. İcarə xidməti ilə bağlı ictimaiyyətə əlavə məlumat təqdim olunacaq".
Əzizə İsmayılova
Rəylər