Paytaxtda Salamzadə küçəsindən metronun "20 Yanvar" stansiyası istiqamətində hərəkət etmək istəyən sürücülər sol zolağa keçməkdə çətinliklərlə üzləşirlər.
Salamzadə küçəsində Tbilisi prospekti istiqamətində hərəkət etmək istəyən sürücülər geridönmə zamanı ciddi problemlərlə qarşılaşırlar. Metronun "20 Yanvar" stansiyasından gələn sürücülər zolaq dəyişənlərə yol vermirlər, manevr edənlər isə qaydaları pozaraq bir neçə zolağı keçməyə məcbur olurlar.
Çünki sona yaxınlaşdıqda yerdə olan 1.11 üfüqi nişanlanma xətti sola girişi qadağan edir. Bu vəziyyətdə sürücülərin iki seçimi qalır: ya qayda pozmaq, ya da irəlidəki dairədən geri dönüb qayıtmaq.
Yerdəki boyanın silinməsi piyada keçidinin əlamətlərinin görünməz hala gəlməsinə səbəb olur.
Ətraflı Baku TV-nin süjetində:
Paytaxtda Salamzadə küçəsindən metronun "20 Yanvar" stansiyası istiqamətində hərəkət etmək istəyən sürücülər sol zolağa keçməkdə çətinliklərlə üzləşirlər.
Rəylər