"Bakının Xocalı prospektindən Yusif Səfərov küçəsi istiqamətində avtobusların hərəkətini tənzimləmək üçün işıqfor quraşdırılması planlaşdırılır".
"Trend" xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin təşkil etdiyi ictimai dinləmədə qurumun mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədov deyib.
Onun sözlərinə görə, yeni işıqforun quraşdırılması həmin yol kəsişməsində hərəkətin rahat tənzimlənməsinə kömək edəcək.
Xatırladaq ki, oktyabrın 29-da "28 Mall" Ticarət Mərkəzinin qarşısında da avtobusların hərəkətini tənzimləmək üçün işıqfor quraşdırılıb.
Rəylər