Aparılan təmir işləri ilə əlaqədar Xətai rayonu, 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsi, mərkəz istiqamətində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət qismən aradan qaldırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat xidmətindən məlumat verilib.
O bildirib ki, hazırda prospektin Ramiz Quliyev küçəsi ilə kəsişməsindən 7-ci Dairəvi küçəsi ilə kəsişməyə qədər ("Bravo" marketin yaxınlığı) nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
Qeyd olunan kəsişmədən Xəqani Rüstəmov küçəsinə kimi isə mərkəz istiqamətində məhdudiyyət qoyulduğundan prospektdə əks istiqamət üzrə ikitərəfli hərəkət təmin edilib.
Rəylər