Xətai rayonunda Xocalı prospektində avtomobillər üçün hərəkət zolağının çəkilməməsi sürücülərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılıb.
Qeyd olunub ki, Xocalı prospektində yolun sağ tərəfində avtomobillər park olunub, sol tərəfində isə velosiped zolağı çəkilib. Nəticədə avtomobil və avtobusların hərəkəti üçün cəmi bir zolaq qalıb.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Qurumun mətbuat katibi Tural Orucov Oxu.Az-a açıqlamasında bildirib ki, həmin yol sahəsində mikromobillilik zolağı, parklanma məntəqəsi və ümumi istifadə üçün zolaq mövcuddur.
"Nəqliyyat vasitələri ümumi zolaqla hərəkət edə bilər", - deyə T.Orucov bildirib.
Əzizə İsmayılova
Rəylər