Balakəndə iki gün əvvəl yol qəzasında ağır xəsarət alan 30 yaşlı kişi xəstəxanada ölüb.
Oxu.Az-ın məlumatına görə, Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilən 1994-cü il təvəllüdlü Kortala kənd sakini Fərman Cavanşir oğlu Əfəndiyev bu gün səhər saatlarında vəfat edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə cinayət işi başlanılıb, istintaq aparılır.
Rəylər