Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Beynəlxalq axtarışda olan daha bir şəxs ölkəmizə ekstradisiya edildi
Baş prokurorluğun vəsatəti əsasında Gürcüstanın səlahiyyətli orqanları tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Rauf Cəfəroviç Kazımovun ekstradisiyası haqqında qərar qəbul olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Belə ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Rauf Cəfəroviç Kazımovun Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.
Rauf Kazımov Gürcüstanın ərazisində saxlanılaraq 03.09.2024-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
"Beynəlxalq axtarış" teqi üzrə xəbərlər
- Azərbaycanda tutulan cinayətkar aylar sonra Tacikistana təhvil verildi
- Azərbaycan beynəlxalq axtarışda olan iki nəfəri Rumıniya və Lüksemburqa təhvil verib
- Beynəlxalq axtarışda olan dörd nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib
- Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Avstriyaya təhvil verib
Rəylər