Binəqədi qəsəbəsinin İlham Hacıyev küçəsində, keçmiş Azərbaycan Universitetinin yaxınlığında meydana gələn zibillik "meydançası" ilə bağlı tədbir görülüb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Binəqədi rayonunda, qeyd edilən ünvanda yaranmış antisanitar vəziyyət polisin müşayiəti ilə əraziyə cəlb olunan aidiyyəti qurum tərəfindən aradan qaldırılıb.
Polisdən verilən məlumata görə, əraziyə məişət tullantıları atan şəxs müəyyən edilərək barəsində qanunvericiliyə uyğun inzibati tənbeh tədbiri görülüb.
Əzizə İsmayılova
Bakının Binəqədi rayonunda yaranmış zibillik ərazi sakinləri təngə gətirib.
Bu barədə məlumat Baku.ws-in qaynar xəttinə daxil olub.
Bildirilib ki, söhbət Binəqədi qəsəbəsinin İlham Hacıyev küçəsində, keçmiş Azərbaycan Universitetinin yaxınlığında yerləşən ərazidən gedir.
Şikayətçinin sözlərinə görə, ərazidə yaranmış antisanitar vəziyyət və üfunət sakinlər üçün ciddi təhlükə mənbəyinə çevrilib.
Sözügedən görüntüləri təqdim edirik:
Binəqədidə Hindistan küçələrini xatırladan mənzərə qurumları hərəkətə keçirdi
Rəylər