Birinci Qarabağ müharibəsində itkin düşən və şəxsiyyəti müəyyənləşdirilən Əbülfəz Əbülfət oğlu Əbilov dəfn olunub.
Oxu.Az xəbər verir ki, şəhid Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, eləcə də rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş Əbülfəz Əbilov 1961-ci il fevralın 12-də Saatlı rayonunun Şirinbəyli kəndində anadan olub. O, 1994-cü il yanvarın 19-da Birinci Qarabağ müharibəsində gedən döyüşlər zamanı Füzuli rayonu Aşağı Seyidəhmədli kəndində itkin düşüb. Onun nəşinin qalıqları 44 günlük Vətən müharibəsindən sonra sözügedən ərazidə aşkarlanan kütləvi məzarlıqda tapılıb.
Məhərrəm Əliyev
Rəylər