Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Cəlilabadda itkin düşən qadınla bağlı yeni TƏFƏRRÜAT
Cəlilabad rayonunun Hacıməmmədli kəndində yaşayan 1991-ci il təvəllüdlü Leyla Hikmət qızı Heydərovanın itkin düşməsi ilə bağlı yeni təfərrüatlar məlum olub.
"Report"un məlumatına görə, Biləsuvar rayonundan gəlin köçən Leyla üç uşaq anasıdır və yaxınlarının sözlərinə görə, o, son dövrlərdə ciddi psixoloji gərginlik keçirirmiş.
Ailənin verdiyi məlumata əsasən, Leyla noyabrın 24-də kəndi tərk edib. Həyat yoldaşı və ailə üzvləri qohum toyunda olduğu üçün evdə heç kəsin olmaması Leylanın çıxmasına imkan yaradıb. Hadisədən sonra ailə yerli hüquq-mühafizə orqanlarına müraciət edib.
Leylanın qayınatası gəlininin hazırda Biləsuvar rayonundakı qohumlarının evində olduğunu ehtimal edir.
Həmçinin Leylanın həyat yoldaşı üç uşağını da götürərək Bakıya köçüb və rəsmi boşanma üçün sənədlər hazırlamağa başlayıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Cəlilabadda 33 yaşlı qadın itkin düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Cənub regional qrupu məlumat yayıb.
Bildirilib ki, Cəlilabad rayonunun Hacıməmmədli kənd sakini, 1991-ci il təvəllüdlü Leyla Hikmət qızı Heydərova 24.11.2024-cü il tarixdə yaşadığı evdən çıxıb və indiyədək qayıtmayıb.
Leyla Heydərovanın əlamətləri bunlardır:
Boyu 170 sm, gözləri qəhvəyi rəngdədir. Evdən çıxan zaman əynində qara rəngli köynək, qara şalvar, ağ idman ayaqqabısı, boz rəngli gödəkçə olub.
Onun barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinin (055) 248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Rəylər