"Bu il Bakıda keçiriləcək COP29 konfransının formatına uyğun olaraq qida tullantıları yenidən emal olunacaq".
"Report" xəbər verir ki, bunu COP29 üzrə Keytrinq, Təmizlik və Tullantıların Təmizlənməsi Departamentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, burada qablaşdırma, şüşə və digər tullantılar çeşidlənəcək:
"Bundan sonra emal olunaraq aidiyyəti qurumlara təhvil veriləcək. Xüsusi avadanlıqlar vasitəsilə qida tullantılarından alınan gübrələri Bakı Abadlıq Xidmətinə verəcəyik".
O, həmçinin məlumat verib ki, ümumilikdə burada 1 200-dən çox əməkdaş çalışır:
"Bütün işçilər müayinələrdən keçirilərək sağlamlıq vəziyyətləri yoxlanılıb".