Çoxmərtəbəli binaların zəlzələyə davamlılığı müntəzəm monitorinq ediləcək.
Xezerxeber.az-ın məlumatına görə, bunu Memarlıq və İnşaat Universitetinin Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzinin direktoru Azər Qasımzadə deyib.
O bildirib ki, sığorta şirkətləri həmin binalardakı mənzilləri sığorta edərkən monitorinqin nəticələrini nəzərə alacaqlar.
A.Qasımzadə onu da əlavə edib ki, dünya təcrübəsində mövcud olan bu layihələrdə risk qrupundakı binalar xüsusi olaraq nəzarətə götürülür. Bina sahibləri kritik mərhələdə bu barədə məlumatlandırılacaq.
Son zəlzələ zamanı bəzi binaların zədə aldığını xatırladan Azər Qasımzadə deyib ki, həmin binaların 25 %-i dəmir-beton panelli, 70 %-i daş, 5 %-i isə yığma daş konstruksiyalı olub.
Layihəyə əsasən yeni və köhnə binalara xüsusi cihazların qoyulması nəzərdə tutulur. Bu cihazlar zəlzələlərdən sonra binalarda yaranan zədələri qeydə alacaq. Beləliklə, vahid mərkəzdən neçə binaya zərər dəydiyini asanlıqla müəyyənləşdirmək mümkün olacaq.
Bununla bağlı təkliflər müvafiq qurumlara təqdim edilib.
Ətraflı süjetdə:
Çoxmərtəbəli binalara zəlzələ ilə bağlı xüsusi cihazlar qoyulacaq
Rəylər