Kürdəmir Suvarma Sistemləri İdarəsində çalışan bir qrup işçi şikayətçidir.
130 nəfərdən ibarət olan heyət iddia edir ki, heç bir səbəb olmadan rəhbərlik tərəfindən işdən azad olunublar.
43 ildir sözügedən müəssisədə çalışan Yunus İsgəndərov bildirib ki, üç gün öncə idarə heyəti işçiləri çağıraraq, təmirə ehtiyacı olan nasosları düzəltdirib, səhəri gün isə onları işdən azad ediblər.
Məsələ ilə bağlı Kürdəmir Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Rəşid Nəsirov bildirib ki, işdən çıxarılma struktur dəyişikliyi ilə bağlıdır və növbəti günlərdə də bir neçə nəfərin işdən çıxarılması gözlənilir.
Qeyd edək ki, bir neçə gün öncə Abşeron Sukanal İdarəsinin bir qrup əməkdaşı işdən çıxarılmışdı.
Dövlət qurumunda KÜTLƏVİ İXTİSAR: Heç bir səbəb olmadan əməkdaşları işdən AZAD ETDİLƏR