Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Daimi yorğunluğun gizli təhlükələri: Ekspert rəyi
"Daimi yorğunluq hissi təkcə həddindən artıq yorulmaq və ya istirahətin olmamasına görə olmaya bilər. Belə vəziyyət həm də ciddi xəstəliklərə işarə edə bilər".
Bu barədə rusiyalı nevroloq Anastasiya Tarasova xəbərdarlıq edib.
Həkim xroniki yorğunluq hissi ilə müşayiət olunan bir sıra simptomlara diqqət yetirməyə çağırıb. Bunlar yuxunun müddətindən asılı olmayaraq, səhərlər yorğunluq, proqressiv çəki itkisi, yaxud gecə tərləməsi, qadınlarda menstrual tsikl pozğunluqları, həzm orqanlarında eyni zamanda narahatlıq, susuzluq, tez-tez sidik ifrazı, sidik ləngiməsi, ya saxlanılmaması, əvvəllər xoşa gələn şeylərin artıq xoşa gəlməməsi, ünsiyyət dairəsinin, maraqların daralması, göz yaşlarının əmələ gəlməsi, axşamlar pilləkənlərlə qalxmaqda çətinlik, göz qapaqlarının sallanması, səs tonunun dəyişməsi, şəxsi və ya ailə tarixçəsində xərçəng olması kimi əlamətlərdir.
"Problem ondadır ki, yorğunluq qeyri-spesifik əlamətdir, lakin onun digər amillərlə birləşməsi həkimə müraciət etmək vaxtının çatdığını göstərə bilər. Beləliklə, yüksək yorğunluq, dəri quruluğu, üz şişkinliyi və saç kövrəkliyinin birləşməsi müəyyən vitaminlərin çatışmazlığına və ya qalxanvari vəzin pozğunluqlarına işarə edə bilər", - deyə nevroloq xəbərdarlıq edib.
Həkim bildirib ki, sinir sisteminin xəstəlikləri (yuxu pozğunluqları, narahatlıq və depressiya, əzələ xəstəlikləri, sinir-əzələ sinapsları, periferik sinirlər və onurğa beyni xəstəlikləri) adətən yorğunluq kimi maskalanır.
Mənbə: Gazeta.ru
Rəylər