Daşkəsən şəhərinə və bir neçə kəndinə dolu yağıb.
"Report"un Qərb bürosunun məlumatına görə, yağış bir neçə dəqiqəlik doluya çevrilib. Dolu bəzi ərazilərdə meyvə ağaclarına zərər vurub.
Qeyd edək ki, Daşkəsənlə yanaşı, Gədəbəy və Göygöl rayonlarına da dolu yağıb.
Hazırda bölgədə qeyri-sabit hava şəraiti davam edir.
Rəylər