Sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkisində Şahin Kamil oğlu Seyidzadə deputat seçildiyi üçün "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
"Qaynarinfo"nun məlumatına görə, hazırda onun səlahiyyətlərini qurumun Aparat rəhbəri İntiqam Babayev icra edir.
Qeyd edək ki, İntiqam Babayev ötən ilin yanvar ayında qurumun Aparat rəhbəri təyin olunub. O, əvvəllər Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş sektorunun müdiri olub, 21 il gənclər və idman nazirinin müavini vəzifəsini tutub.
Onu da qeyd edək ki, Şahin Seyidzadə 9 fevral 2020-ci il ildə 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə deputat seçilib. 2022-ci il martın 3-də Prezidentin sərəncamı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin olunduğu üçün deputat mandatına xitam verilib.
Fotoda İntiqam Babayev
Rəylər