Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Məktəblərlə bağlı İDDİA: Dərnəkləri sertifikasiyadan kəsilən müəllimlərə tapşırırlar?
Məktəbdənkənar təhsillə bağlı bir iddia son günlər sosial mediada geniş müzakirələrə səbəb olub.
Oxu.Az xəbər verir ki, iddiaya görə, bundan sonra dərnəklər yalnız sertifikasiyadan kəsilən, işdən çıxarılan müəllimlərə veriləcək.
Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) sorğu ünvanladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, yayılan fikrin heç bir əsası yoxdur.
"Məktəbdənkənar təhsil müəssisələrində kadr potensialının yaxşılaşdırılması, peşəkar kadrların işə cəlb edilməsi vacib amillərdən biridir. Məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi də qarşıda duran hədəflər sırasındadır. Məqsəd məşqçi-müəllimlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsidir. Bununla bağlı normativ sənədlər, qanunvericilik aktları təhlil olunub, ümumi təhsil müəssisələrində aparılan diaqnostik qiymətləndirmə təcrübəsi əsas götürülərək, ümumi yanaşma əks olunub və MÜTDA tərəfindən çərçivə sənədi hazırlanıb.
Agentlik tərəfindən "Məktəbdənkənar təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları" hazırlanıb. İşə qəbul müsabiqə yolu ilə, mərkəzləşdirilmiş qaydada, iki mərhələdə - test imtahanı və müsahibə üzrə keçiriləcək. Vakant yerlər və tarixlər ictimaiyyətə elan ediləcək.
Ünvanladığınız sorğu ilə bağlı isə bildiririk ki, hazırda bununla bağlı hər hansı bir qərar yoxdur", - deyə açıqlamada qeyd olunur.
Əzizə İsmayılova
"Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA)" teqi üzrə xəbərlər
- Məktəbəhazırlıq qruplarının və birinci siniflərin yerdəyişmə prosesinə start verilir
- Bu gündən şagirdlərin elektron yerdəyişməsi BAŞLADI
- Təhsil müəssisələrinin zəruri odun və istiliklə təchiz olunacağı vaxt AÇIQLANDI
- Məktəblərin jurnallarla təmin olunması işləri yekunlaşacaq - RƏSMİ
- Eşqi Bağırov: "Təhsil müəssisələrində yoxlama-nəzarət tədbirləri aparılır"
Rəylər