"Aprobasiya - çox vacib mərhələdir. Bu model əsasında biz, demək olar ki, iki il çox ciddi işləmişik. Bu prosesdə Avropadan gələn ekspertlər də iştirak edirdilər. Hazırda biz bu modelin tətbiqinə başlayırıq - 2025-ci ildə müvafiq qanunvericilikdə dəyişiklik aparılandan sonra dövlət qurumlarına işə qəbul prosesini aprobasiya əsasında həyata keçirəcəyik".
Oxu.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) və Dövlət Qulluğu üzrə Astana Regional Habın birgə təşkilatçılığı ilə "Dövlət qulluğunda səriştəəsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi" mövzusunda beynəlxalq seminarda jurnalistlərə açıqlama verən DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, səriştə modelinə əsasən, dövlət qulluğuna qəbul daha keyfiyyətli olacaq, həmçinin bütün prosesləri daha şəffaf keçirməyə imkan yaranacaq:
"Burada təkcə dövlət qulluqçularının seçimi yox, eyni zamanda, rotasiyası və onların işinin qiymətləndirilməsi də yeni alətlərin istifadəsi ilə həyata keçiriləcək".
Əzizə İsmayılova