Yalnız "CineMastercard" premium kinoteatrında oktyabrın 25-dən etibarən Türkiyənin "Bir Cumhuriyet Şarkısı" tarixi dramının nümayişi başlayacaq.
Film BKM studiyasının XX əsrin otuzuncu illərində Türkiyəni formalaşdıran tarixi hadisələrə həsr olunmuş genişmiqyaslı əsəridir. Məhz bu dövrdə əfsanəvi Kamal Atatürkün rəhbərliyi ilə yeni cümhuriyyət yaranıb.
Filmin rejissoru Yağız Alp Akaydındır.
Əsas rolları istedadlı aktyorlar - milli musiqi məktəbinin yaradıcılarından biri və ilk milli operanın bəstəkarı "Ahmet Adnan Sayqu"nu canlandıran Salih Bademci və onun həyat yoldaşı, pianoçu "Mediha" rolunu Melis Sezeni ifa ediblər.
Ertan Saban hərəkatın lideri "Mustafa Kamal Atatürk"ün rolunu oynayıb. Ekranda ölkənin ilk opera müğənnisi olan "Nimet Vahid" obrazını Birce Akalay, "Münir Hayri Egeli" rolunu isə Ahmet Rıfat Sunqar oynayacaqlar. Okan Yalabık prezident yanında simfonik orkestrin ilk bədii rəhbəri "Osman Zeki Ungör" rolunda çıxış edəcək.
Çəkilişlər 2024-cü il martın 11-də başlayıb və çoxdan gözlənilən premyera 2024-cü ildə - respublikanın yüz illiyi şərəfinə planlaşdırılıb.
Böyük insanların həyat və yaradıcılığı heç bir tamaşaçını laqeyd qoymayacaq!
"CineMastercard" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.
Eksklüziv olaraq "CineMastercard"da tarixi film: "Bir Cumhuriyet Şarkısı"
Rəylər