"Bakı-Nabran-Bakı marşrutu üzrə keçirilən yürüşdə əsas məqsəd elektromobillərin uzun məsafələrdə enerji istifadəsini yoxlamaqdan ibarətdir".
Bu fikirləri Baku TV-yə açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev elektromobillərin Nabrana yürüşü zamanı səsləndirib.
O bildirib ki, qarşıdakı dövrlər üçün də elektromobillərə keçidin sürətlənməsi üçün oxşar layihələrin keçirilməsi prioritetdir.
Yarışın sonunda nəticələr kifayət qədər ürəkaçan olub. Belə ki, yürüşdə iştirak edən avtomobillər enerji sərfiyyatı baxımından özünü doğrultmağı bacarıb. Bu isə onu deməyə əsas verir ki, elektromobillər uzun məsafələr üçün də olduqca yararlı və etibarlıdır.
Daha ətraflı videosüjetdə:
Elektromobillərlə uzun yol səyahəti: Şarj məntəqələri necə işləyir?
Rəylər