"Elm və Təhsil Nazirliyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar tədbirlər planı hazırlayıb".
"Report" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov oktyabrın 3-də Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində təşkil olunan "İqlim keçidlərində ali təhsilin rolu" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, orta və ali məktəblərdə ekoloji şüur formalaşdırılmalıdır:
"İnsan kapitalının ali təhsildə vacib rolunu nəzərə alsaq, iqlim maarifləndirməsində ali təhsilin trayektoriyasını genişləndirmək vacibdir".
F.Qurbanov bildirib ki, bu həftə təhsil müəssisələrində "Yaşıl həftə" elan olunub:
"Seminarlarla şagirdlərdə və tələbələrdə mədəniyyətin formalaşdırılmasına çalışırıq".
Rəylər