"Bu ilin sentyabrında Şuşa, Xocalı, Xankəndi, Cəbrayıl, Kəlbəcər şəhərlərində, həmçinin Xocalı rayonu Malıbəyli kəndində, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində məktəblərin açılması planlaşdırılır".
Oxu.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri 216 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirində iştirak edərkən jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 20-dən artıq məktəb tikilmək mərhələsindədir:
"Növbəti mərhələlərdə köç planına uyğun onların da açılışı nəzərdə tutulur".

Nəzrin Vahid