Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Əziz Ələkbərli: "Ermənilər yaşadıqları ərazidə Azərbaycan izlərini silməyə çalışırlar"
"200 illik tarixi təcrübə göstərir ki, ermənilər Cənubi Qafqazda yaşadıqlarını, bu saxtakarlığı dünyaya sübut etmək üçün bütün vasitələrə əl atıblar. Ona görə də yaşadıqları ərazidə Azərbaycan izlərini silməyə çalışırlar".
Bunu Qərbi Azərbaycan İcmasının mətbuat konfransında qurum sədri Əziz Ələkbərli Oxu.Az-ın sualına cavab olaraq deyib.
O bildirib ki, Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzurda dağıdılan mədəni irsimizin monitorinqi ilə bağlı dəfələrlə UNESCO-ya müraciət olunsa da, ikili standartlar qərəzsiz yanaşmaya mane olub:
"Lakin biz müxtəlif peyk görüntüləri vasitəsilə, hətta azərbaycanofob dövlətlərin peyk görüntüləri vasitəsilə sonuncu deportasiya zamanı dağıdılan 300-ə yaxın yaşayış məntəqəsində 600-ə yaxın qəbiristanlıqda monitorinq keçirdik. Məlum oldu ki, qəbiristanlıqların 450-si tamamilə məhv olub, 150-sinin ancaq sadəcə yeri qalıb. Təəssüf ki, cəmi iki kəndin qəbiristanlığını müəyyən edə bildik. Bu istiqamətdə işimizi davam etdiririk. Hazırda Qərbi Azərbaycan ərazisində məscid və türbələrimizin monitorinqi aparılır. Təbii ki, hər kəs törətdikləri əməllərə görə cavab verəcək".
Mərahim Nəsib
"Qərbi Azərbaycan İcması (QAİ)" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan İcması Polşa prezidentinin Azərbaycan-Ermənistan şərti sərhədinə səfərini pisləyib
- İcma Yunanıstanı regionda vəziyyəti gərginləşdirən təhlükəli addımlardan çəkinməyə çağırıb
- Qərbi Azərbaycana qayıdış uğrunda mübarizənin yeni mərhələsi başlayır
- İcma: "Fransanın ARTE kanalında Azərbaycana qarşı böhtan və iftira ilə dolu sənədli film yayımlanıb"
- Qərbi Azərbaycan İcmasının qayıdış hüququ mövzusunda ikinci beynəlxalq konfransı keçiriləcək
Rəylər