Gəncədə qaz sızması səbəbindən baş verən partlayış nəticəsində ev sahibi - 84 yaşlı Pavlina Orucova xəsarət alıb.
Partlayış nəticəsində mənzilə və binanın həyətindəki avtomobillərə ziyan dəyib.
"Oğlum zəng etdi ki, partlayış baş verib. Xəsarət alan qadını himayə edən şəxsə hadisə barədə xəbər verdim. Daha sonra Fövqəladə Hallar Nazirliyinə və polisə zəng etdim", - deyə qonşu Abbas Abbasov hadisə barədə danışarkən bildirib.
Daha ətraflı Baku TV-nin süjetində:
Gəncədə qaz sızması partlayışa səbəb oldu: Xəsarət alan var
Gəncədə evdə baş verən partlayış nəticəsində binanın qarşısında park edilmiş üç avtomobilə də ziyan dəyib.
Oxu.Az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin məlumatında bildirilir.
Qeyd olunur ki, "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Fikrət Əmirov küçəsi, 4 ünvanında, yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 54 kv.m olan ikiotaqlı mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.
Hadisə nəticəsində xəsarət alaraq mənzildə köməksiz vəziyyətdə qalan 1940-cı il təvəllüdlü Povlina Şamilovna Orucova yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Gəncədə qaz sızması nəticəsində mənzildə baş vermiş partlayış nəticəsində xəsarət alan şəxsin kimliyi məlum olub.
Oxu.Az xəbər verir ki, həmin şəxs 1940-cı il təvəllüdlü Povlina Şamil qızı Orucovadır.
Partlayış baş verən həmin evdən fotoları təqdim edirik:
Gəncədə evdə qaz sızması nəticəsində partlayış olub.
APA-nın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzildə qeydə alınıb.
Partlayış zamanı 1 nəfərin yüngül xəsarət aldığı bildirilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili-tibbi yardım briqadası cəlb olunub. Partlayışın təsirindən mənzilin pəncərələri qırılıb, nəticədə binanın qarşısında dayanmış VAZ-2107 markalı avtomobilə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Gəncədə qaz sızması partlayışa səbəb oldu: Xəsarət alan var
Rəylər