Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən "Təmiz hava" aylığı çərçivəsində tədbirlər davam etdirir.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Bildirilib ki, şəhər ərazisində keçirilən tədbirlər zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb. Normadan artıq zəhərli qaz ixrac edən və atmosferi həddindən artıq çirkləndirən avtomobilləri idarə edən sürücülərlə profilaktik söhbətlər aparılıb və onlara avtomobillərin saz vəziyyətdə saxlanılmasının vacibliyi çatdırılıb.
Qayda pozuntularına yol verən 18 sürücü barəsində inzibati tənbeh tədbirləri görülüb.
Rəylər