31 may tarixində geomaqnit sahəsinin fəallığı qısamüddətli G1 səviyyəsinə yüksəlib. Hazırda Kp indeksi 2-yə bərabərdir və kosmik hava sakitdir.
Oxu.Az xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, Günəş küləyinin iyunun 1-də baş vermiş tac kütlə atılmalarının (TKA) təsiri ilə sürətlənəcəyi gözlənilir.
Geomaqnit sahəsi iyunun 1-də baş vermiş tac kütlə atılmalarının (TKA) təsiri ilə iyunun 4-də G1 (zəif) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.