Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Güclü küləyin Qubada yaratdığı fəsadlar: Sakinlər təhlükə altındadırlar
Quba-Xaçmaz yolunun Timiryazev qəsəbəsindən keçən hissəsində təhlükəli vəziyyət hökm sürür.
Ərazidə yaşayan sakinlər 10-a yaxın qurumuş ağacın aşma təhlükəsindən narahatdırlar.
"Bir neçə gün əvvəl külək oldu, iki gün işıqsız qaldıq. Quruyan budaqlar elektrik xətlərini qırmışdı. Hətta evin üstünə də düşüb. Birinin başına düşsə, kim cavabdeh olacaq?!", - deyə sakinlər narazılıq bildiriblər.
Qeyd edək ki, sentyabrın 3-də güclü külək nəticəsində iri ağac aşaraq sakinlərə ziyan vurub.
Zərərçəkən Pakizə Məmmədova illərdir bu problemin həllini tapmadığını deyir:
"Bir neçə il qabaq da ağac aşıb, damımı məhv etmişdi. Aidiyyəti qurumlara müraciət edəndə cavab verdilər ki, yardım etməyə imkanımız çatmır. Damı təmir etməyə 14 min manat xərcim çıxdı".
Ətraflı Baku TV-nin süjetində:
Rəylər