Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Həmid Həmidovla "Danışaq?" layihəsi: Sevil Quvalova botoks, dolğu və yalançı kosmetoloqlar barədə
Tanınmış jurnalist Həmid Həmidov "Danışaq?" verilişinin yeni buraxılışını təqdim edib.
Ənənəvi podkastın qonağı isə məşhur kosmetoloq Sevil Quvalova olub.
Söhbətdə tibbi marketoloq Cəmilə Baydəmir də iştirak edib.
Budəfəki verilişdə cəmiyyətimizdə eyniləşən, biz-birinə oxşamağa başlayan qadın simaları, həmçinin geniş boz bazar da daxil olmaqla bütün kosmetologiya sənayesi müzakirə edilib.
Sevil Quvalova fəaliyyət sahəsi, kosmetologiya üzrə məşqçilərin işi, kosmetoloqlar və psevdokosmetoloqlar, mütəxəssisi qeyri-peşəkardan ayırmağın yollarından söz açıb.
Söhbət əsnasında düzgün qidalanma və yuxu, dəriyə qulluq zamanı yol verilən səhvlər, prosedurlardan sonra ağırlaşmalar və fəsadların müddəti müzakirə olunub, müasir kosmetologiyamız dünya brendləri ilə müqayisə edilib, kosmetoloqların heç vaxt yerinə yetirmədiyi proseduralardan danışılıb. Verilişin sonunda ekspert izləyicilər üçün məsləhətlər verib.
Ətraflı videoda:
"Həmid Həmidovla “Danışaq?”" teqi üzrə xəbərlər
- Həmid Həmidovla "Danışaq?": Əlixan Rəcəbov kino və erkən nikahlar haqqında
- "Danışaq?" verilişinin budəfəki qonağı nevropatoloq və estetik tibb həkimi olub
- Həmid Həmidovla "Danışaq?" layihəsinin növbəti qonağı dünyaca məşhur caz ifaçısı Əzizə Mustafazadə
- Ulduz pasportu, qadınlar üçün "pikap": Həmid Həmidovla "Danışaq?"
- Həmid Həmidovla "Danışaq?": Kənan Əhmədov - prostatit, böyrəklərdə daşlar, adenoma haqqında