Tanınmış jurnalist Həmid Həmidov "Danışaq?" verilişinin yeni buraxılışını təqdim edib.
Aparıcının həmkarları - məşhur jurnalistlər Seymur Zəkəryəyev və Feliks Vişnevetski yenidən verilişdə iştirak ediblər. Podkastın qonağı isə məşhur aktrisa Sənubər İsgəndərli olub.
Söhbətin iştirakçıları Sənubərin niyə məhz bu peşəni seçdiyi, sənət naminə nələrdən imtina etdiyi barədə danışıblar, teatra marağı əvvəlki illərlə müqayisə ediblər, məşhur aktyorların mənzil ala bilib-bilməyəcəyinin müzakirəsini aparıblar.
Sənubər İsgəndərli aktyorluq peşəsində xarici görünüş amilindən, Qazaxıstan kinematoqrafiyası ilə əməkdaşlıqdan, "Alatava" serialından, aktyorların maaşından, şəxsi həyatından və teatr məktəbindən də danışıb.
Söhbət zamanı teatrda təkəbbür, teatr və kinoda intriqalar, rollar və onlar uğrunda mübarizə, sosial şəbəkələrin rolu mövzularına toxunulub, Azərbaycan və Hollivud aktyorları, eləcə də müasir və 30 il əvvəlki gənc aktyorlar müqayisə edilib.
Aktrisa yerli kinematoqrafiyanın səviyyəsi və özünün oynadığı personajlara münasibəti barədə fikirlərini bölüşüb, Azərbaycanın ən xarizmatik aktyorlarının adlarını çəkib, həmçinin nəyə təəssüfləndiyi və özünü xoşbəxt insan hesab edib-etmədiyi barədə etiraflar edib.
Ətraflı videoda:
Ətraflı videoda:
Rəylər