Lənkəranda rabitəçinin ölümü ilə bağlı bəzi detallar məlum olub.
Yaxınları bildirib ki, əlini qaldırıb xəttə dəyməsi ilə, cərəyanın onu vurması bir olub. Bu zaman Cəmil Həsənov xəndəkdəki suyun içinə düşüb. O, evin tək oğlu imiş.
Daha ətraflı süjetdə:
"Aztelekom"un əməkdaşı faciəli şəkildə öldü
13:32
Lənkəranda rabitəçini elektrik cərəyanı vuraraq öldürüb.
"Report"un cənub bürosunun məlumatına görə, hadisə rayonunun Gərmətük qəsəbəsi ərazisində baş verib.
Belə ki, "Aztelekom"un əməkdaşı, internet xətti çəkərkən, rayonunun Mamusta kənd sakini 1992-ci il təvəllüdlü Cəmil Zöhrab oğlu Həsənov ehtiyatsızlıq edib və yüksəkgərginlikli elektrik xətlərinə toxunub. Nəticədə yüksəkgərginlikli elektrik vurması baş verib.
C.Həsənov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkiməqədər ölüm faktı qeydə alınıb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.